AZ

ÜST: Marburq virusundan 8 nəfər ölüb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Marburq virusundan Tanzaniyada 8 nəfərin öldüyünü açıqlayıb.
AzPost xəbər verir ki, açıqlamada Tanzaniyanın Kagera bölgəsində başlayan Marburq virusu epidemiyası ilə bağlı üzv ölkələrin məlumatlandırıldığı, 9 şübhəli hadisənin araşdırıldığı bildirilib.

ÜST-nin baş direktoru Tedros Adhanom Ghebreyesus X platformasındakı yazısında günlərdə virusun arta biləcəyi barədə xəbərdarlıq edib.
Tanzaniya ilə qonşu olan ölkələrin sayıq olmaları və potensial hallara qarşı hazır olmaları lazım olduğuna diqqət çəkən Ghebreyesus, risk altında olan ölkələrin Tanzaniya ilə səyahət və ticarəti məhdudlaşdırmağı təklif edib.

Qeyd edək ki, Ebola virusu ilə eyni ailədən olan Marburq virusuna yoluxmuş insanlarda ölüm nisbəti 88 faizə çata bilər. Yarasalardan insanlara keçən virus yoluxmuş insanlarla təmas zamanı yayılır.

Simptomlara qızdırma, əzələ ağrıları, ishal, qusma və bəzi hallarda həddindən artıq qan itkisi daxildir.

ÜST virusa qarşı spesifik müalicə və ya peyvəndin olmadığını açıqlayıb.

Seçilən
15
4
azpost.info

5Mənbələr