AZ

Ötən il Azərbaycanneft və qaz ixracında beynəlxalq əməkdaşlığı gücləndirib

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Azərbaycan 2024-cü ildə neft və qaz ixracında əhəmiyyətli artım əldə edib.

Banco.az Energetika Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki,  Azərbaycan 2024-cü ilin yanvar-noyabr ayları üzrə neft və qaz ixracında  xarici bazarlara təsirini artırıb.

Neft hasilatı və ixracı

2024-cü ilin ilk 11 ayında Azərbaycanda ümumilikdə 26,5 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Bu göstəricinin 15,4 milyon tonu "Azəri-Çıraq-Günəşli" yatağının, 3,8 milyon tonu (kondensat) "Şahdəniz" yatağının, 0,52 milyon tonu (kondensat) isə "Abşeron" yatağının payına düşüb. SOCAR üzrə neft hasilatı isə 6,8 milyon ton təşkil edib.

İxrac göstəricilərinə gəldikdə, bu dövrdə xaricə 22,2 milyon ton neft (kondensatla birlikdə) nəql olunub. İxrac edilən neftin 19,2 milyon tonu konsorsiumlar, 3 milyon tonu isə SOCAR tərəfindən həyata keçirilib.

Qaz hasilatı və ixracı

Təbii qaz hasilatında da ciddi irəliləyiş qeydə alınıb. Ölkədə ümumilikdə 45,8 milyard kubmetr qaz hasil edilib ki, bunun 25,3 milyard kubmetri "Şahdəniz", 12,1 milyard kubmetri "Azəri-Çıraq-Günəşli", 1,4 milyard kubmetri "Abşeron" yataqlarından əldə edilib. SOCAR tərəfindən isə 7 milyard kubmetr qaz hasil edilib.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
4
banco.az

1Mənbələr