AZ

Unibank 2024-cü ilin maliyyə nəticələrini açıqlayıb

Bakı. Trend:

Unibank 2024-cü il ərzində müştərilərinə yüksək səviyyədə xidmətgöstərməkdə davam edib. Bank aktiv kreditləşməni həyata keçirərək,ölkə iqtisadiyyatına öz töhfəsini verib. Ötən il ərzində“Unibank”ın ümumi kredit portfelinin həcmi 107 milyon manat artıb.Yeni strateji hədəflərində real sektorun inkişafına xüsusi yerayıran Bankın prioritetlərinə uyğun olaraq, biznes kreditlərininhəcmi ümumi kredit portfelinin tərkibində genişlənməkdə davam edib.2023-cü ilin analoji dövrü ilə müqayisədə biznes kreditlərininümumi kredit portfelində payı 31 dekabr 2024-cü il tarixinə 40 %-əyaxınlaşıb.

Ümumilikdə isə biznes kredit portfeli 2023-cü ilin müvafiq dövrüilə müqayisədə 33 % artaraq, 437 milyon manata çatıb. Biznesportfelin tərkibində SME kreditlərinin payında kəskin artım qeydəalınıb. 2024-cü ilin sonuna SME portfelində 63% artım olub.Mikrokreditlərin biznes portfeldə həcmi 23%, hesabat dövründəverilmiş mikro kreditlərin həcmi isə 20 % artıb. Unibankregionlarda və ucqar kəndlərdə mikro sahibkarlara müxtəlifsektorlar üzrə kredit əlçatanlığını artırmaqla, maliyyəinklüzivliyinə və sosial-iqtisafi inkişafa töhfə verməkdədir. Ötənilin nəticələrinə görə, mikrokreditlər üzrə portfelin 70 %-ə yaxınıregionların payına düşür.

Unibank KB ASC-nin İdarə Heyətinin sədri FəridAbuşov bildirib ki, ötən il Bank üçün əhəmiyyətli illərdənbiri olub: “ İl ərzində əldə etdiyimiz maliyyə nəticələriqarşıya qoyduğumuz hədəflərə uyğundur. Həm biznes, həm də pərakəndəmüştərilərimizə münasibətdə, fəaliyyətimizin və bankçılıqxidmətlərimizin ESİ (Ekoloji, Sosial və İdarəetmə) prinsiplərinəuyğunluğuna xüsusi diqqət etmişik. Bu sahədəki fəaliyyətimiz Bankınyaşıl iqtisadiyyata, dayanıqlı maliyyə ekosisteminindəstəklənməsinə öz töhfəsini verməyə hər zaman hazır olduğunungöstəricisidir. Ötən il Unibankın tarixində yaşıl maliyyələşməistiqamətində iki mühüm layihəmizlə yadda qaldı.Azərbaycan bazarında ilk dəfə olaraq qabaqcıl beynəlxalqstandartlara uyğun, yaşıl istiqraz kimi təsnifatlaşdırıla bilənqiymətli kağızlar buraxdıq. Bu istiqrazlar, yaşıl maliyyələşmənininkişafına töhfə verməklə, investorlara “dayanıqlı gələcəyə”yatırım etmək imkanı yaradır. Digər bir layihəmizisə Bakının taksi parkında ekoloji cəhətdən daha təmizolan hibrid avtomobillərin sayının artmasına maliyyə dəstəyininəzərdə tutan əməkdaşlıq oldu.

Bizim üçün çox əlamətdar bir hadisə də ötən il Unibanktərəfindən azad olunmuş ərazilərimizə ilk biznes kreditininverilməsi oldu. Bu kreditləşmə Sahibkarlığın İnkişafı Fondunun“İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlaradəstək mexanizmi” çərçivəsində həyata keçirilib. Bankınuğurlu biznes layihələrindən olan Leobank layihəsi də 2024-cü ildəçoxsaylı yeniliklərə imza atıb. Bu yeniliklər sırasındaLeobank-ın KOS-lar üçün rəqəmsal biznes həlləri, rəqəmsaləmanət məhsulları və xüsusi müştəri seqmenti üçün premium məhsulolan Leo Prime xüsusi yer tutur. Bu məhsullar bazaratəqdim edilərək müştəri təcrübəsini yeni səviyyəyəqaldırdı. İndi isə böyük hədəflərlə dolu2025-2026-cı illər strateji dövrünə qədəm qoyuruq.Qarşıda bizi həm yeni fürsətlər, həm də çağırışlargözləyir”.

2024-cü il bu hədəflərin bir hissəsi olan nağdsız dövriyyəninciddi artımı ilə də yadda qalıb. İlin sonuna nağdsız əməliyyatlarınhəcmi 39 % artaraq, 12,3 milyard manata keçib. Unibank kartlarıüzrə nağdsız əməliyyatların sayı isə 2023-cü ilin sonu iləmüqayisədə 44 % artaraq, 361,5 milyonu ötüb.

2024-cü ilin sonuna “Unibank”ın depozit portfeli 1,2 milyardmanatdan çox olub. Ayrıca müddətli depozitlərin həcmində 15 milyonmanatlıq artım qeydə alınıb.

Hesabat dövründə əsas maliyyə göstəricilərində yüksəlmə qeydəalınıb. Dövr ərzində Bankın məcmu gəlirləri 35 milyon manat artıb.Bununla da ötən ilin sonuna faiz və qeyri-faiz gəlirlərinin cəmi355 milyon manat təşkil edib. Unibank 2024-cü ili 20,4 milyon manatxalis mənfəətlə başa vurub. Bankın əməliyyat mənfəəti isə 63 milyonmanat olub.

Dövr ərzində Bankın kapital mövqeyi də xeyli güclənib. Məcmukapital əvvəlki illə müqayisədə 10 %-dən çox artaraq, 177 milyonmanata çatıb. 2024-cü il ərzində Bank kapital adekvatlığınıyüksəldib. Belə ki, ilin sonuna bankın kapital adekvatlıq əmsalıartaraq, 13,09 % təşkil edib. Hesabat dövrünün sonuna bankınaktivləri də 11% çoxalaraq, 1 milyard 759 milyon manat olub.

Unibank- Sənin Bankın!

Unibank
Unibank
Seçilən
6
19
az.trend.az

3Mənbələr