İran prezidenti Məsud Pezeşkian ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ağ Evə qayıtdıqdan sonra Yaxın Şərqdə sülhün bərqərar olmasına töhfə verəcəyinə ümid edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə "NBC News" telekanalına müsahibəsində bildirib.
“Ümid edirəm ki, Tramp qan tökülməsinə və müharibəyə yox deyərək, regionda və bütün dünyada sülhü dəstəkləyəcək”, - deyə Pezeşkian qeyd edib.