Bakı. Trend:
Bakıda, Nizamı Kino Mərkəzində “Səma xanımı” filmi təqdimolunub.
Trend xəbər verir ki,Qafqazın və Yaxın Şərqin ilk təyyarəçi qadını Leyla Məmmədbəyovayahəsr olunub.
O, Azərbaycanın ilk təyyarəçi qadını olmaqla yanaşı, həmçininSSRİ-nin ikinci qadın paraşütçülərindən biri kimi də tanınıb.
Filmdə Leyla xanımın 1930-1933-cü illərdəki həyatı öz əksinitapıb. Qadınların bir çox məhrumiyyətlərinin olduğu o dövrdəLeylanın həyatla mübarizəsi, çadradan imtinası, qorxmazlığı, möhkəmiradəsi bədii xətlə göstərilib. Eləcə də, ətrafdakı insanlarınqınaqlarına baxmayaraq, həyat yoldaşı Bəhramın ona bu mübarizədədəstəyi diqqətə çatdırılıb. Bəhramdan dəstək alaraq daha inamla buyolda addımlayan Leylanın oxumaq istəyi, Bakı TəyyarəçilərMəktəbinə qəbulu, uğurlu tələbə olması, ilk sərbəst uçuşu və dahasonra paraşütdən atlayışı filmdə tamaşaçıya çatdırılan hadisələrsırasındadır.
Peşəsinə sevgisi, qəhrəmanlığı, möhkəm iradəsi ilə tarixdə izqoymuş Leyla Məmmədbəyova haqqında çəkilən bu filmin əsas məqsədiböyük işlərə imza atmış tarixi şəxsiyyətlərimizi təbliğ etmək,tanıtmaq, ictimaiyyəti, eləcə də bütün dünyanı Azərbaycanın tarixişəxsiyyətləri haqqında məlumatlandımaqdır.
“Səma xanımı” filmi Azərbaycan Televiziyası, “Azərbaycan HavaYolları” QSC və Ailə, Qadın, Uşaq Problemləri üzrə DövlətKomitəsinin dəstəyi ilə reallaşdırılıb.