ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimində bir sıra tanınmış şəxslər iştirak edəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.
Bunlar "Amazon" onlayn mağazasının və aerokosmik şirkət "Blue Origin"-in yaradıcısı Ceff Bezos, "SpaceX", "Tesla" və "X" şirkətlərinin sahibi İlon Mask, həmçinin "Meta Corporation"-ın baş direktoru Mark Zukerberqdir.
Qeyd edək ki, Trampın andiçmə mərasimi yanvarın 20-də keçiriləcək.