AZ

Məktəblərdə telefondan istifadə qadağan edildi

Məktəblərdə tədris telefon və digər ağıllı cihazlardan istifadə qadağan edilib.

Publika.az xəbər verir ki, bu barədə Trend-ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilir ki, xüsusi hallar istisna olmaqla ümumtəhsil müəddisələrində dərs prosesi zamanı ağıllı telefonlar, ağıllı saatlar, planşetlər və digər qurğuların istifadəsi tövsiyə edilmir.

"Xüsusi hallarda isə dərsin mövzusundan və fənn müəlliminin tələbindən asılı olaraq tədris olunan mövzunun daha yaxşı mənimsənilməsi, interaktiv metodların tətbiqi üçün ağıllı elektron cihazlardan istifadə edilə bilər.

Ötən tədris ilindən etibarən ölkə üzrə 300-dən çox ümumtəhsil müəssisələrində tətbiq edilən şagird davranış qaydalarının əhatə dairəsi genişləndirilməsi nəzərdə tutulur.

Həmin qaydaların tələblərinə əsasən, təhsilalanların tədris prosesi zamanı xüsusi hallar istisna olmaqla ağıllı telefon və digər cihazlardan istifadə etməsi qadağan edilir.

Seçilən
14
26
publika.az

7Mənbələr