AZ

Dünya Kubokunun qalibi olmuş samboçunun ölüm səbəbi məlum olub

Bakı, 15 yanvar, AZƏRTAC

Rusiyalı keçmiş samboçu və cüdoçu Olqa Baranovanın ölüm səbəbi məlum olub.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, 33 yaşlı mərhum idmançı ağır xəsətlikdən dünyasını dəyişib.

Olqa Baranovanın daha əvvəl bədbəxt hadisə nəticəsində dünyasını dəyişdiyi bildirilmişdi.

O, 2014-cü ildə Rusiya Cüdo Kubokunun qızıl medalçısı, 2013 və 2015-ci illərdə sambo üzrə ölkə çempionatının mükafatçısı, həmçinin 2014-cü ildə sambo üzrə Dünya Kubokunun qalibidir

Seçilən
1
1
azertag.az

2Mənbələr