AZ

ABŞ Kubanı terrora dəstək verən ölkələr siyahısından çıxarır

ABŞ Kubanı terrora dəstək verən ölkələr siyahısından çıxarır

ABŞ administrasiyası Kubanı 2021-ci ildə Donald Tramp administrasiyasının səlahiyyət müddətinin son həftəsində bu siyahıya əlavə etdiyi terrorçuluğu dəstəkləyən ölkələr siyahısından çıxarmaq qərarına gəlib.Ağ Ev Konqresə göndərilən rəsmi bildirişə əsasən Kubanın terrorçuluğu dəstəkləyən dövlətlər siyahısından çıxarılacağını açıqlayıb.Müvafiq olaraq, Kuba 2021-ci ildə həbsdə olan siyasi məhbusların azadlığa buraxılması müqabilində siyahıdan çıxarılacaq.Məsələ ilə bağlı mətbuat brifinqində prosesi dəyərləndirən yüksək səviyyəli ABŞ rəsmisi Kubanın terroru dəstəklədiyinə dair əhəmiyyətli bir dəlil olmadığını və ölkənin Kolumbiyadakı sülh danışıqlarına çox müsbət töhfələr verdiyini bildirib.Bildirilib ki, ABŞ administrasiyasının bildirişini nəzərdən keçirmək səlahiyyətinə malik olan Konqresin bu qərarın qarşısını almaq üçün hər hansı addım atacağı gözlənilmir.Kuba rəsmən siyahıdan çıxarıldıqdan sonra Şimali Koreya, İran və Suriya siyahıda qalacaq.ABŞ-ın keçmiş prezidenti Barak Obama 2015-ci il mayın 29-da Kubanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb. Daha sonra vəzifəyə başlayan Tramp administrasiyası 2021-ci ilin yanvarında səlahiyyət müddətinin son həftəsində Kubanı yenidən bu siyahıya əlavə edib.

Seçilən
4
3
afn.az

6Mənbələr