AZ

Ukrayna Gürcüstanda yeni hökuməti tanımır

Ukraynanın xarici işlər naziri Andriy Sıbıqa rəsmi Kiyevin Gürcüstanın prezidenti kimi kim hesab etdiyi sualına cavab verərkən gürcü xalqını dəstəklədiyini bildirib və bəyan edib ki, Ukrayna tərəfi “liderləri yox, dövlətləri tanıyır”.

Oxu24.com xəbər verir  ki, Nazir bunu AP ilə söhbətində deyib.

Belə ki, Ukrayna diplomatiyasının rəhbəri keçmiş futbolçu Mixail Kavelaşvilini Gürcüstan lideri adlandırmaqdan imtina edib. Nazir Ukraynanın Avropaya inteqrasiyanın dondurulmasını və Gürcüstanda keçirilən parlament seçkilərində çoxsaylı pozuntuları pislədiyini xatırladıb və əlavə edib ki, Kiyev bu məsələdə Aİ-nin mövqeyini dəstəkləyir. ATƏT-in hesabatında seçki prosesinin pozuntuları açıq-aydın göstərilib, həmçinin yeni seçkilərin keçirilməsi tövsiyə olunur.

 

Nigar

 

Seçilən
6
oxu24.com

1Mənbələr