“Neftçi” klubu slovakiyalı hücumçu Samuel Mrazın transferindən imtina edib.
Bizim.Media xəbər verir ki, Polşanın “Motor” klubu futbolçunun keçidi üçün böyük məbləğ tələb etdiyindən “Neftçi” qarşı tərəflə danışıqları dayandırıb.
Qeyd edək ki, Mrazın ilin sonunda müqaviləsi başa çatdığından “ağ-qaralar” yenidən onu heyətə qatmaq üçün cəhd edə bilər.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta