AZ

Rusiyada məcburi döyüşə cəlb edilən azərbaycanlı əsir düşüb - Ağamir Əzimovun ailəsi narahatdır VİDEO

Ukrayna Orudusu tərəfindən 8 ay əvvəl əsir götürülmüş Azərbaycan vətəndaşı, 32 yaşlı Ağamir Əzimovun ailəsi mövcud vəziyyətdən olduqca narahatdır.

Xezerxeber.az-ın məlumatına görə, ailə 8 aydır ki, Ağamir Əzimovdan heç bir xəbər ala bilmirlər.

Ağamir Əzimovun anası Sevinc Hüseynova ''Xəzər Xəbər''ə müsahibəsində bildirib ki, oğlu bir il əvvəl işləmək məqsədilə ailəsi ilə birlikdə Rusiyaya gedib. Oğlu may ayında anasına zəng vurub ki, yol polisi onu saxlayıb və məcburi olaraq hərbi komissarlığa aparırlar.

Ağamir Əzimov bir neçə gün sonra yenidən anası ilə əlaqə saxlayıb və bildirib ki, artıq onu döyüşlərin getdiyi əraziyə aparırlar. Amma o, döyüşdərdə iştirak etməyəcəyini və Ukrayna tərəfinə təslim olacağını bildirib.

Qadın deyir ki, bu hadisə ilə bağlı Xarici İşlər Nazirliyinə, Ombudsman Aparatına, Azərbaycanın Rusiyadakı və Ukraynadakı səfirliklərinə də müraciət edib.

Ombudsman Aparatınadan bildirildi ki, Sevinc Hüseynovanın müraciəti quruma daxil olub və araşdırılır.

Xarici İşlər Nazirliyindən isə ''Xəzər Xəbər''ə bildirdilər ki, məsələ ilə bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
4
xezerxeber.az

1Mənbələr