AZ

NATO-nun baş katibi alyans ölkələrini müharibəyə hazırlaşmağa ÇAĞIRDI

NATO-nun baş katibi Mark Rütte alyansı yaxın 4-5 il ərzində aradan qaldırılmalı olan təhdidlərin öhdəsindən gəlmək üçün müdafiə xərclərini artırmağa çağırıb.

Bizim.Media xəbər verir ki, Rütte bunu Brüsseldə açılan NATO Hərbi Komitəsinin Baş Qərargah rəisləri səviyyəsində keçirilən iclasında deyib.

"Müharibənin qarşısını almaq üçün biz buna hazırlaşmalıyıq. İndi düşüncəmizi müharibə dövrünə keçirməyin vaxtıdır və bu, müdafiə xərclərinin və müdafiə istehsalının artırılması hesabına müdafiəmizi daha da gücləndirmək deməkdir", - o deyib.

Bizim.Media

Seçilən
2
bizim.media

1Mənbələr