Yanvarın 15-də Yasamal Rayon Məhkəməsi Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı barəsində qətimkan tədbirinin dəyişdirilməsi haqqında vəsatəti təmin etməyib. Bu barədə Turan-a onun vəkili Aqil Layıc bildirib.
"Azər Qasımlı prosesdə bildirib ki, ona qarşı ittihamlar saxtalaşdırılıb və onun ictimai-siyasi fəaliyyəti ilə bağlıdır", deyə vəkil qeyd edib.
Məhkəmənin qərarından apellyasiya şikayəti veriləcək.
Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı ötən il dekabrın 8-də saxlanılıb. Ona qarşı CM-in 182.2.3-cü maddəsi ilə (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) ittiham irəli sürülüb.