“Qarabağ”dan ayrılan Olavio Juninyonun “Flamenqo”ya transferi rəsmiləşib.
“Qafqazinfo” xəbər verir ki, 28 yaşlı futbolçu ilə 2028-ci ilin sonuna qədər müqavilə imzalanıb. O, yeni klubunda 23 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, 2023-cü ilin yayından Ağdam klubunun formasını geyinən braziliyalı forvard bu müddətdə 81 oyunda 42 qol vurub. O, Premyer Liqada 48 (23 qol), ölkə kubokunda 6 (5 qol), avrokuboklarda 27 (14 qol) matç keçirib. Hücumçu “Qarabağ”la ölkə çempionu və kubokunun qalibi olub.
Xatırladaq ki, bu transferin 5 milyon avroya başa gəldiyi bildirilir.
"Cebheinfo.az"