AZ

Bayden Qəzzada atəşkəs razılaşması ilə bağlı bəyanat yayıb

Bakı. Trend:

ABŞ Prezidenti Co Bayden İsrail ilə HƏMAS arasında atəşkəs vəgirovların azad olunmasına dair razılaşma ilə bağlı bəyanatyayıb.

Trend xəbər verir ki, bəyanatAğ Evin rəsmi saytında dərc olunub.

Bayden bildirib ki, tərəflər arasında atəşkəsə ölkəsinin həyatakeçirdiyi intensiv diplomatiya nəticəsində nail olunub.

Sənədə əsasən, əldə edilən razılaşma Qəzzada hərbiəməliyyatların dayandırılmasına və bölgədə yaşayan fələstinli dincəhaliyə zəruri humanitar yardımların çatdırılmasına və 15 aydançoxdur girovluqda saxlanılan şəxslərin öz ailələrinə qovuşmasınaşərait yaradacaq.

Bayden həmçinin HƏMAS-ın hücumları nəticəsində həlak olanları vəonların ailələrini, habelə girovluqda olan ABŞ vətəndaşlarını anıb,onların geri qaytarılacağını bildirib.

Seçilən
5
8
az.trend.az

4Mənbələr