AZ

Bələdiyyəyə namizəd süni problemlərlə üzləşdiyini deyir

Cəmilə Əlişeva deyir ki, ona əvvələr hədə-qorxu gəlinib, indi də sənəd vermirlər 

Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərinə 23 saylı Nəsimi-Səbail Seçki dairəsindən qatılan müstəqil namizəd Cəmilə Əlişeva süni maneələrlə üzləşdiyini deyir. 

Namizəd bu gün meqafonla küçədə gəzərək seçicilərinə müraciət edib və problemləri dilə gətirib. 

O bildirib ki, 23 saylı Nəsimi-Səbail Seçki dairəsinin sədri Ağabala Quliyev ona əvvələr - namizədliyini irəli sürdüyü zaman təzyiqlər edib, hədə-qorxu gəlib. 

Dairə sədri ondan dolayı yolla namizədliyini geri götürməyini istəyib. İndi də müvafiq sənədləri ona verməkdən imtina edir. 

Mübarizədən çəkilməyəcəyini deyən Cəmilə Əlişeva Meydan TV-yə bildirib ki, dəfələrlə seçki dairəsinin sədri Ağabala Quliyevə müraciət etsə də, ona səlahiyyətli nümayəndə təyin etmək üçün blank vermək istəməyib. 

Yalnız meqafonla çağırış etdikdən və seçicilərə səslənəndən sonra ona bir nüsxə blank verilib. 

"Bu gün, nəhayət, günün sonunda sənədi ala bildik. Mən meqafonla müraciət etdikdən sonra saat 6-da mənə sənədi verdilər. Amma dairə sədri yalnız bir nüsxə blank verdi. Dedi ki, yalnız bir səlahiyyətli nümayəndən ola bilər, digərlərini qəbul etməyəcəyəm, amma qanunla mənim 3 səlahiyyətli nümayəndəm ola bilər", - deyə Əlişeva bildirib. 

Azərbaycanda bələdiyyə seçkiləri: qısa xronika

Azərbaycanda indiyə qədər 5 bələdiyyə seçkisi keçirilib.

Bu da 1999, 2004, 2009, 2014 və 2019-cu illəri əhatə edir.

Sonuncu bələdiyyə seçkiləri 2019-cu il dekabrın 23-də keçirilib.

Seçki Məcəlləsinə əsasən, bələdiyyə seçkiləri hər beş ildən bir keçirilir.

İndiyədək həmişə bu seçkilər dekabr ayında olub.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 2024-cü il noyabrın 6-da Azərbaycanda bələdiyyə seçkilərinin vaxtının dəyişdirildiyini bildirib.

Budəfəki seçkilər 2025-ci il yanvarın 29-a təyin olunub.  

Bəzi ekspertlər bələdiyyə seçkilərinin keçirilməsi vaxtının uzadılmasını qanuna zidd hesab edirlər.

Seçilən
3
15
arqument.az

10Mənbələr