AZ

Bakıda 45 yaşlı kişini maşın VURDU

Bakının Binəqədi rayonunda 45 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb.

Bizim.Media report-a istinadən xəbər verir ki, 1980-ci il təvəllüdlü Abbasov Rafil Rauf oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona, qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

Seçilən
22
4
bizim.media

10Mənbələr