AZ

Frederiksen Trampla danışdı: Qərarı Qrenlandiya verəcək!

Qrenlandiya müstəqilliyi ilə bağlı qərarı özü verəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Danimarkanın Baş naziri Mette Frederiksen ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampla telefon danışığında deyib.

Telefon danışığında Frederiksen Qrenlandiya Nazirlər Kabinetinin sədri Mute Egedenin Qrenlandiyanın satılmaması ilə bağlı bəyanatına toxunub. Baş nazir bildirib ki, müstəqilliklə bağlı qərarı Qrenlandiyanın özü verməlidir.

Frederiksen və Tramp Arktikada təhlükəsizliyin gücləndirilməsini də müzakirə ediblər.

Danimarkanın baş naziri vurğulayıb ki, onun ölkəsi bu regionda təhlükəsizlik üçün daha böyük məsuliyyəti öz üzərinə götürməyə hazırdır.

Qeyd edək ki, yanvarın 7-də Tramp milli təhlükəsizliyi təmin etmək üçün Qrenlandiyaya ABŞ-ın nəzarət etməli olduğunu demişdi./axar.az

Seçilən
3
1
bakivaxti.az

2Mənbələr