Sabiq futbolçu Devid Bekhemin keçmiş sevgilisi olduğu iddia edilən Rebekka Luz diqqət mərkəzinə düşüb.
Publika.az xəbər verir ki, o, uzun müddət sonra ilk dəfə münasibətlərindən danışıb və yenidən qalmaqala səbəb olub.
Qadın İspaniyanın “El Mundo” nəşrinə eksklüziv müsahibə verib və futbol əfsanəsi ilə münasibətlərinin 100% real olduğunu israr edib.
Luzun dediyinə görə, o, əvvəlcə Bekhem ailəsində köməkçi və dayə işləyib. Onun vəzifəsi Viktoriyaya Madridə uyğunlaşmaqda kömək etmək olub. Ancaq getdikcə onun ailə həyatındakı rolu artıb. “Səhər gördükləri ilk adam mən idim. Mən gün üçün planlar təklif edirdim”, – deyə Rebekka bildirib.
Sevgi hekayəsi ictimaiyyətə məlum olduqdan sonra Rebekka sərt tənqid və hətta təhdidlərlə üzləşib: “Valideynlərim bütün yayımları qeyd etdilər, məndən daha az narahat olmadılar”.