ABŞ dövlət katibi vəzifəsinə namizəd Marko Rubio Rusiyaya qarşı sanksiyaların ləğvi ehtimalını qiymətləndirib...
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp tərəfindən dövlət katibi vəzifəsinə namizədliyi irəli sürülən senator Marko Rubio bildirib ki, sanksiyaların təsiri, eləcə də onların potensial ləğvi Ukraynada münaqişəyə son qoymaq üçün danışıqlarda mühüm rol oynaya bilər.
Poliqon CNN telekanalına istinadən xəbər verir ki, Rusio bu batədə Senatdakı dinləmələrdə danışıb.
“Hər iki tərəfin təsir rıçaqları olmasa, razılığa gəlmək olduqca çətindir. Bu gün hərbi imkanlardan kənarda mövcud olan rıçaqlar var. Bizim Rusiyaya qarşı çoxlu sanksiyalarımız var və onların sayı artmaqda davam edir, deyə Rubio bildirib.
Qeyd edək ki, yanvarda ABŞ iki dəfə anti-Rusiya sanksiyalarının genişləndirilməsini elan edib. Yeni məhdudiyyətlər əsasən Rusiyanın enerji sektoruna təsir edib.
Poliqon.info