AZ

Uşaqlıq travmaları təhlükəli xəstəliklərə səbəb ola bilər

Birmingham Universitetinin alimləri müəyyən ediblər ki, uşaqlıqda məişət zorakılığına məruz qalan insanların yetkinlik dövründə revmatoid artrit və pullu dəmrov xəstəliyinə tutulma riski əhəmiyyətli dərəcədə artır.

hakimiyyet.az xəbər verir ki, araşdırma "Helion" jurnalında dərc olunub.

Tədqiqat 16 milyondan çox elektron tibbi qeyddən ibarət məlumat bazasının təhlilinə əsaslanır.

Alimlər məlumatları iki qrupa bölüblər: biri uşaqlıqda zorakılığa məruz qalan insanlar, digəri isə belə hallarla qarşılaşmayanlar. 26 il ərzində bu qruplarda immun-iltihabi xəstəliklərlə əlaqəli proseslər təhlil edilib.

Nəticələr göstərib ki, uşaqlıq travmaları olan insanlarda revmatoid artrit və pullu dəmrov kimi xəstəliklərin nisbəti daha yüksəkdir. Bu, daha çox qadınlarda özünü göstərir.

Seçilən
5
2
hakimiyyet.az

10Mənbələr