AZ

Qrenlandiya müstəqilliyini elan edəcək

Qrenlandiyanın keçmiş xarici işlər naziri Broberq: Müstəqillik üç il müddətində elan oluna bilər...

Qrenlandiyanın referendum yolu ilə müstəqillik qazanması prosesi üç il çəkə bilər.

Poliqon xəbər verir ki, bu barədə “RİA Novosti” Agentliyinə müsahibəsində Qrenlandiya parlamentinin üzvü və adanın Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Pele Broberq bildirib.

Sabiq nazir vurğulayıb ki, Qrenlandiyada hazırlanan planlar 1980-ci illərdə Avropa Birliyindən çıxmağa əsaslanıb.

Broberq xatırladıb ki, Brexit üç il çəkib, ona görə də söhbət üç illik müstəqillik dövründən gedir. Siyasətçi əlavə edib ki, hazırda Qrenlandiya üçün ən vacib məsələ bu prosesi başlatmaqdır.

Broberg qeyd edib ki, adanın sakinlərinin yalnız 0,0001%-i ABŞ vətəndaşı olmaq istəyir.

Qeyd edək ki, yanvarın 15-də Danimarkanın baş naziri Mette Frederiksen ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla telefon danışığında bildirib ki, Qrenlandiyanın müstəqilliyi məsələsini yalnız adanın sakinləri özləri həll etməlidir.

Tramp dəfələrlə bəyan edib ki, Kanada və Qrenlandiya ABŞ-ın bir hissəsi olmalıdır. Siyasətçinin sözlərinə görə, o, həmçinin Panama kanalını ABŞ-ın nəzarətinə qaytarmaq və Meksika körfəzinin adını Amerika körfəzi adlandırmaq niyyətindədir. Respublikaçının bəyanatları Panama, Kanada və Danimarka hakimiyyətlərinin kəskin reaksiyası ilə qarşılanıb.

Poliqon.info

Seçilən
4
15
poliqon.info

10Mənbələr