AZ

Gündə cəmi üç fincan yaşıl çay və yaddaş problemini unudun

Yaşıl çayın müntəzəm qəbulu yaşlı insanlarda beyin ağ maddəsinin zədələnməsini əhəmiyyətli dərəcədə azalda bilər.

hakimiyyet.az-ın məlumatına görə, bu barədə Yaponiyanın Kanazava Universiteti Tibb Elmləri Ali Məktəbinin alimləri müəyyən ediblər. Tədqiqatın nəticələri "Science of Food" jurnalında dərc edilib.

Alimlərin sözlərinə görə, ağ maddənin əsas funksiyası sinir impulslarını beynin bir hissəsindən digərinə ötürməkdir. O, həmçinin beynin müxtəlif bölmələri arasında məlumat mübadiləsi aparır və motorika ilə sensor sahələr arasında siqnalların ötürülməsini təmin edir. Bu da insanlara hərəkət etməyə və xarici dünyanı qavramağa imkan verir.

Tədqiqatda 65 yaşdan yuxarı 8 000-dən çox könüllü iştirak edib. Onların məlumatları MRT müayinəsi vasitəsilə təhlil olunub və ağ maddə zədələnmələrinin, hippokampın və ümumi beyin həcminin miqdarı qiymətləndirilib.

Nəticələr göstərib ki, gündə üç fincan yaşıl çay içənlərdə beyin ağ maddəsinin zədələnməsi daha az olub.

Tədqiqatçılar, həmçinin müəyyən ediblər ki, gündə təxminən 1.5 litr yaşıl çay içən iştirakçılar bir fincan içənlərlə müqayisədə ağ maddənin bütövlüyündə altı faiz yaxşılaşma nümayiş etdiriblər.

Qeyd edək ki, qəhvə beyin sağlamlığına oxşar təsir göstərməyib, bu isə yaşıl çayın müsbət təsirinin unikallığını vurğulayır. Alimlər hesab edirlər ki, bunun səbəbi çayda olan antioksidantlar və katehinlər kimi iltihabəleyhinə birləşmələrdir. Bu maddələr beyin damarlarını zədələnmədən qorumağa kömək edir.

Seçilən
22
1
hakimiyyet.az

2Mənbələr