AZ

"PAŞA Bank" 2024-cü ildəki gəlir və mənfəətini açıqladı

Korporativ, kiçik və orta bizneslər, fərdi sahibkarlar və fiziki şəxslərə bir sıra innovativ bank xidmətlərini təqdim edən "PAŞA Bank" ASC 2024-cü ili 210 milyon 538 min manat xalis mənfəət ilə başa vurub. Bank 2023-cü ili 199 milyon 209 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "PAŞA Bank"ın xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 11 milyon 329 min manat və ya 5,7% artıb.

GƏLİRLƏRİ ARTIB

Marja.az Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2024-cü ildə “PAŞA Bank”ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 729 milyon 537 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 467 milyon 150 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 262 milyon 386 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 5 milyon 49 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb və 56 milyon 896 min manat mənfəət vergisi ödəyib.

Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə “PAŞA Bank”ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 669 milyon 696 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 377 milyon 318 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 292 milyon 378 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətindən 36 milyon 162 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmış və 57 milyon 8 min manat mənfəət vergisi ödəmişdi.

Xəbər yenilənəcək...

Seçilən
22
marja.az

1Mənbələr