Kubanın Olqin şəhərindəki sursat anbarında yanvarın 7-də baş verən partlayışlar nəticəsində 13 hərbçi ölüb.
Publika.az xəbər verir ki, bu barədə Kubanın İnqilabçı Silahlı Qüvvələri Nazirliyi məlumat yayıb.
Bununla bağlı nazirliyin rəsmi “Granma” qəzeti bəyanat dərc edib. Bildirilib ki, insidenti araşdırmaq üçün yaradılmış xüsusi komissiya digər ekspertlərlə birlikdə belə nəticəyə gəlib: olay yerinə daxil olmaq mümkün deyil və hadisə yerində sağ qalan olmayıb.
Qeyd edək ki, onlar daha əvvəl itkin düşmüş elan edilmişdilər.