AZ

ABŞ inflyasiyası dekabr ayında proqnozlara uyğun gəlib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da dekabrda aylıq inflyasiya 0,4 faizlə gözləntilərə uyğun olub.

Banco.az xəbər verir ki, ABŞ-da istehlakçı qiymətləri dekabr ayında əvvəlki aya nisbətən 0,4 faiz artıb. “Bloomberg”in sorğusunda iştirak edən iqtisadçılar aylıq inflyasiyanın 0,4 faiz olacağını proqnozlaşdırmışdılar.

İllik inflyasiya da 2,9 faizlə proqnozlara uyğun reallaşıb.

Baza inflyasiya göstəricilərində isə gözləntilərdən cüzi də olsa aşağı bir nəticə müşahidə edilib.

Dekabr ayında aylıq baza inflyasiya 0,2 faiz hesablanıb. Gözlənti aylıq baza inflyasiyanın 0,3 faiz olacağı istiqamətində idi.

Eyni dövrdə illik baza inflyasiya isə 3,2 faizlə 3,3 faizlik proqnozlara çata bilməyib.

ABŞ-da baza inflyasiya göstəricilərində son altı ayda ilk dəfə soyuma qeydə alınıb.

Aylarla davam edən yüksək göstəricilərdən sonra istehlakçı qiymətləri indeksində (CPI) baş verən yumşalma sevindirici olsa da, Federal Ehtiyat Sistemi (Fed) rəsmilərini inflyasiyada yaxşılaşmanın yenidən başladığına inandırmaq üçün daha bir neçə aşağı göstərici tələb olunacaq.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
10
banco.az

1Mənbələr