Bu gün doğma yurdumuza qayıtdığımız üçün biz cəbrayıllılar üçün sevincli gündür.
“İki sahil” xəbər verir ki, bunu Cəbrayıl sakini Gülər Allahverdiyeva deyib.
Onun sözlərinə görə, indiyədək görmədiyi Cəbrayıla getdiyi üçün sevinclidir.
“Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun. Allah bütün əsgərlərimizi qorusun. Allah dövlətimizi qorusun ki, bizə bu sevincli günü yaşadır. İnşallah bütün qarabağlılar öz yurdlarına qayıdacaqlar”, - deyə o qeyd edib.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 mindən çox insan yaşayır.