AZ

Bu məsələdə İran və ABŞ müttəfiqdir - Voskanyan

Tehran da İŞİD-i terror təşkilatı hesab edir və ona qarşı fəal mübarizə aparır. Bu kontekstdə İran və ABŞ, bütün fikir ayrılıqlarına baxmayaraq, müttəfiq kimi tanınırlar.

Axar.az xəbər verir ki, bu sözləri iranşünas və iranpərəst Vardan Voskanyan ABŞ-Ermənistan strateji tərəfdaşlıq sazişində Ermənistanın İŞİD-ə qarşı koalisiyaya qoşulmasının nəzərdə tutulması haqda danışarkən deyib.

“O ki qaldı Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq xartiyasının imzalanmasına İranın reaksiyasına, düzünü desəm, vəziyyət qeyri-müəyyən olaraq qalır. Hazırda İrandan heç bir rəsmi və ya qeyri-rəsmi şərh gəlməyib”, - o bildirib.

Qeyd edək ki, erməni politoloqların mütləq əksəriyyəti bu sazişin əsasən İrana qarşı olduğunu bildirir. Buna baxmayaraq, İran hələ sazişə münasibətini ortaya qoymayıb.

Seçilən
11
1
axar.az

2Mənbələr