AZ

Sakit okeanda güclü zəlzələ baş verdi

Ajans.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların maqnitudası 5,7-yə çatıb. Zəlzələnin episentri Santa Kruz arxipelaqının sahillərində, Vanikoro adasından 10 kilometr cənubda və Nendo adasından 33 kilometr cənub-şərqdə yerləşib. Epidemiya 48 kilometr dərinlikdə olub.

Ölənlər və infrastruktura dəyən ziyan barədə məlumat verilməyib. Bölgədə sunami təhlükəsi elan olunmayıb.

Seçilən
15
Ajans.az

1Mənbələr