AZ

ÜST: Qəzzanın böyük miqdarda tibbi yardıma ehtiyacı var » AzadMedia.az


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfdaşları ilə birlikdə Qəzza zolağına tibbi dəstəyi genişləndirməyə hazırdır.

Bu barədə ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus “X” sosial şəbəkəsində yazıb.

"Qəzza zolağında səhiyyə ehtiyacları böyük olaraq qalır. ÜST tərəfdaşları ilə birlikdə (regiona - red.) dəstəyini artırmağa hazırdır", - paylaşımda qeyd edilir.

Qebreyesus həmçinin ümid etdiyini bildirib ki, İsrail-HƏMAS razılaşmasına əməl ediləcək və tərəflər münaqişənin uzunmüddətli həlli istiqamətində çalışacaqlar.

Qeyd edək ki, ötən gün Qəzza zolağında atəşkəs razılaşması əldə olunub. Razılaşma vasitəçilərin bir neçə saatlıq gərgin fəaliyyətindən sonra bağlanıb.

"Əl-Cəzirə" telekanalı bildirib ki, Qəzzada atəşkəs razılaşmasının ilk mərhələsində 33 israilli girov azad olunacaq. Bununla yanaşı, İsrailin hərbi qüvvələrini Qəzza zolağının sərhədlərindən 700 metr məsafəyə geri çəkəcəyi barədə xəbərlər yayılıb.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Fələstinin radikal HƏMAS hərəkatının silahlı tərəfdarlarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından, sərhədyanı kəndlərdə sakinlərin öldürülməsindən və 250-yə yaxın insanın girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.

Seçilən
1
4
azadmedia.az

6Mənbələr