AZ

Moskvaya uçan Özbəkistan təyyarəsində nasazlıq yarandı

“Uzbekistan Airways” şirkətinə məxsus təyyarədə Moskva səmasında olarkən nasazlıq yaranıb.

Avtosfer.az xəbər verir ki, Buxara-Moskva reysini yerinə yetirən təyyarənin sol mühərriki 1219 metr yüksəklikdə sıradan çıxıb. Buna görə də ekipaj eniş üstünlüyü tələb edib. Vnukovo hava limanında “mavi” həyəcan elan edilib. Təyyarə yerə endirilib, xəsarət alan yoxdur. Hadisəyə görə Buxara-Moskva uçuşlarının vaxtı  dəyişdirilib.
 

Vüqar

Seçilən
3
avtosfer.az

1Mənbələr