AZ

"Nə atamdan, nə anamdan, nə də qohumlardan..." - Çimnaz Sultanovanın müsahibəsindən

"Nə atamdan, nə anamdan, nə də qohumlardan..." - Çimnaz Sultanovanın müsahibəsindən

Xəbər verdiyimiz kimi, aktrisa Çimnaz Sultanova qəfil vəfat edib.

Qlobal.net onun illər əvvəl verdiyi müsahibədən hissəni təqdim edir:

"Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinə qəbul olmaq istəmədim. Uşaqlıqdan aktrisa olmaq niyyətində olmuşam. Ancaq bu sənəti davam etdirmək istəmədim. Təbii ki, bunun səbəbləri var idi. Margaret Tedçerin bir müsahibəsini oxumuşdum. O belə ifadə işlətmişdi: “İqtisadi azadlıq olmasa, başqa azadlıqdan söhbət gedə bilməz”. Bu söz beynimə həkk olundu. Düşündüm ki, mən əvvəlcə öz işimi, biznesimi elə qurmalıyam ki, gələcəkdə nə atamdan, nə anamdan, nə də qohumlardan asılı olum. İqtisadi baxımdan hər kəsdən azad olum, daha sonra istədiyim peşəylə məşğul olum. Uşaqlıqdan bunu dərk edirdim və başa düşürdüm ki, teatrda verilən qonorarla dolana bilmərəm".

Fidan
Qlobal.net
Seçilən
7
qlobal.net

1Mənbələr