Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanəsilli şəxs həyatını itirib.
Oxu.Az Bizim.Media-ya istinadən xəbər verir ki, bu, Oğuz rayon sakini olan Ayaz Rəşid oğlu Alməmmədovdur.
Xatırladaq ki, bir müddət əvvəl Rusiya-Ukrayna müharibəsində Rusiya ordusu sıralarında döyüşlərdə iştirak edən azərbaycanəsilli leytenant Anar Oruc oğlu Talıbov hərbi əməliyyatlarda həyatını itirib.
Mənbə: oxu.az