“Fənərbağça” ciddi itki ilə üzləşib.
Futbolpress.az xəbər verir ki, İstanbul klubunun qapıçısı Dominik Livakoviç zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qolkiperin sağ arxa əzələsində yırtıq aşkarlanıb.
Xorvatiyalı qapıçı 2-3 həftə yaşıl meydanlardan uzaq qalacaq. O, bu mövsüm Super Liqada 16 oyuna çıxıb.