AZ

Hər 13 milyon turistin getdiyi adan zibil paloqonuna çevrilir

Taylandın cənubundakı Phuket adasında zibil dizə çıxıb.

AzPost ReutersReuters – ə istinadla xəbər verir ki, adanın ətrafındakı sularda plastik butulkalar və boş pivə qutuları dənizdə “gəzir”, adanın özündə isə getdikcə daha çox zibil qalaqlanır.

Adanın bir küncündə yük maşınları və traktorlar hər gün toplanan 1000 tondan çox tullantıları geniş zibillik poliqonuna aparır.

Taylandın ən böyük adası olan Phuket, bütövlükdə ölkə iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi olan turizm sektoru sayəsində sürətli inkişaf yolu keçib. 2024-cü ildə ölkəyə gələn 35,5 milyon xarici vətəndaşın təxminən 13 milyonu adaya üz tutub.

Rəsmilər deyir ki, ilin sonuna qədər ada gündə 1400 tona qədər zibil istehsal edə bilər ki, bu da yeganə zibilxananın tutumunu üstələyir.

Səlahiyyətlilər altı ay ərzində tullantıların istehsalını 15% azaltmaq, poliqonu genişləndirmək və yeni yandırma zavodu tikməyi planlaşdırma da ekspertlər bunu problemin həlli yolu olaraq görmür.

Ekspertlərin fikrincə, yandırma zavodlarının artırılması həllin yalnız bir hissəsidir.

Tullantıların təkrar istehsalı üçün addım atmaq lazımdır.

Seçilən
2
1
azpost.info

2Mənbələr