AZ

ABŞ-də "TikTok" PROBLEMİ

ABŞ Prezidenti Co Baydenin administrasiyası xalqın "TikTok"a girişini tamamilə əngəlləməmək üçün bir yol tapmağa çalışır.

Redaktor.az xəbər verir ki, bu barədə "NBC" telekanalı məlumat yayıb.

Məlumata görə, yanvarın 19-da ABŞ-də "TikTok"a qadağa qüvvəyə minəcək. Çünki onun sahibi olan Çin şirkəti "ByteDance" sosial şəbəkəni yeni sahiblərinə satmayıb. Nəzəri olaraq, qadağaya Ali Məhkəmə həmin tarixdən əvvəl etiraz edə bilər.

Trampın komandası da sosial şəbəkənin ölkədə qadağan olunmaması üçün çalışacaq.

Türkan İSGƏNDƏRLİ

Seçilən
9
redaktor.az

1Mənbələr