AZ

Ərdoğandan Qəzzadakı atəşkəslə bağlı açıqlama


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstinin HƏMAS hərəkatı ilə İsrailin Qəzza zolağında əldə etdiyi atəşkəs razılaşmasını alqışladığını və bu razılaşmaların bölgəyə fayda verəcəyinə ümid etdiyini bildirib.
Yeniavaz.com 
xəbər verir ki, o bu barədə “X” sosial şəbəkə hesabında yazıb.
“HƏMAS və İsrail arasında atəşkəs razılaşmalarını alqışlayırıq. Ümid edirik ki, onlar bölgəmizə və bütün bəşəriyyətə, xüsusilə də Fələstinli qardaşlarımıza fayda verəcək və daimi sülh və sabitliyə zəmin yaradacaq”, - o qeyd edib.
Ərdoğan Türkiyənin fələstinli qardaşlarını həmişə dəstəklədiyini və bir an belə tərk etmədiyini bildirib.
“Biz Qəzza xalqına dəstəyimizi davam etdirəcəyik, onların yaralarını sağaltmaq və ayağa qalxmalarına kömək etmək üçün bütün imkan və vasitələrimizi səfərbər edəcəyik”, - Türkiyə lideri əlavə edib.
Seçilən
7
yeniavaz.com

1Mənbələr