Fransa və Böyük Britaniya liderləri gizli şəkildə Ukraynaya “sülhməramlı qüvvələrin” birgə göndərilməsini müzakirə edirlər.
Publika.az xəbər verir ki, bunu Britaniyanın “Teleqraf” qəzeti öz mənbələrinə istinadən yazıb.
Bildirilir ki, qoşunların göndərilməsi münaqişənin mümkün sona çatmasından sonra baş verə bilər.
“Hazırda Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Kir Starmer hərbi əməliyyatları dayandırmaq üçün bəzi potensial razılaşmadan sonra Fransa və Britaniya qoşunlarının sülhməramlı qüvvələr kimi Ukraynaya göndərilməsini müzakirə edirlər”, – qəzet qeyd edir.