Vətəninfo.az “Araz News” Teleqram kanalına istinadən xəbər verir ki, Ərdəbil Bələdiyyəsi ikiüzlü bir hərəkətlə Ərdəbilin cümə imamı Həsən Amelinin təsviri olan və “Azərbaycanın “fəxri” yazılı banner hazırlayaraq şəhər küçəsində yerləşdirib.
Bildirilib ki, Ərdəbil Bələdiyyəsinin təhlükəsizlik orqanlarının göstərişi ilə həyata keçirdiyi bu hərəkət İran hökumətinin Azərbaycan türk xalqına qarşı açıq-aşkar təhqiridir.
Qeyd olunub ki, İran hökumətinin muzdlusunun və casusunun Azərbaycan və Türkiyə prezidentlərinə qarşı hücumları və televiziyada yayımlanan təhqirləri Azərbaycanda və Cənub Azərbaycanda sərt reaksiyalara səbəb olub. Azərbaycan Prezidenti İlham Əliyev hökumət mollasının vəzifəsindən uzaqlaşdırılmasını istəyib və İran hökumətini üzr istəməyə çağırıb. İran hökuməti isə buna cavab olaraq, hökumət mollasını “Azərbaycanın fəxri” adlandırıb.