AZ

Qara dənizindəki “Türk axını” qaz kəmərinə hücum olub

Türkiyə “Türk axını”na hücumu təsdiqləyib, lakin bu, qaz təchizatına təsir etməyib – ölkənin energetika naziri Alparslan Bayraktar.

“Turkiye Today” xəbər verir ki, Bayraktar ölkə rəsmilərinin insidentə görə kimin məsuliyyət daşıdığını dəqiqləşdirməyib.

“Hücumdan sonra qaz verilişi kəsilməyib. Qaz kəməri eyni gücdə işləməyə davam edir”, – deyə rəsmi bildirib.

Rusiya Müdafiə Nazirliyi iddia edir ki, yanvarın 11-də “Türk axını” boru kəməri ilə qaz tədarük edən Krasnodar diyarının Qay-Kodzor şəhərindəki “Russkaya” kompressor stansiyasının infrastrukturuna hücuma cəhd edilib. Nazirlik hücuma görə məsuliyyəti Ukrayna Silahlı Qüvvələrinin üzərinə qoyur.

Seçilən
10
busaat.az

1Mənbələr