AZ

Azərbaycan nefti bahalaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,22 ABŞ dolları, yaxud 1,46% artaraq, 84,78 ABŞ dolları olub.

Kommersant.az xəbər verir ki, “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 83,06 ABŞ dolları təşkil edib.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Seçilən
3
49
kommersant.az

10Mənbələr