AZ

Al Jazeera: "Baydenin də, Trampın da niyyəti Qəzzada ədalət deyildi"

Bu sözləri Qətərin "Al Jazeera" xəbər agentliyinəaçıqlamasındaBeyrut Amerika Universitetinin əməkdaşı Rami Xuri dilə gətirib. O diqqətə çatdırıb ki, "əslində, onlar faktiki davranışları ilə İsrailin təcavüzkar hərəkətlərini tamamilə dəstəkləyirlər".

"Atəşkəslə bağlı açıqlamalarında da fələstinlilərin taleyinə laqeyd yanaşdıqları aydın sezilir. Ümumiyyətlə, ABŞ mətbuatı da bu məsələdə yalnız Qəzzada saxlanılan israilli əsirlərin azadlığa çıxmalarına diqqət yetirir.Beləliklə, həm prezidentlərin, həm Konqresin, həm də yerli medianın reaksiyasından atəşkəsin, əslində, israillilər və fələstinlilər arasında ədalət, bərabərlik naminə baş tutmadığını bir daha təsdiqləyirik",- Xuri söyləyib.

O vurğulayıb ki, atəşkəs uğuru sadəcə"ABŞ-nin qüdrətini və Yaxın Şərqdə nüfuzunun göstərmək mahiyyəti daşıyır".

Xatırladaq ki, ötən gecə İsrail və HƏMAS arasında rəsmi atəşkəs elan edilib.

Firudin Həmidli
AzVision.az
Seçilən
1
azvision.az

1Mənbələr