AZ

"Azər-Türk Bank" maliyyə vəziyyətini açıqladı - Faiz gəlirləri 71,5% artıb

"Azər-Türk Bank" 2024-cü ili 21 milyon 308 min manat xalis mənfəətlə başa vurub.

Valyuta.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 51,7% və ya 7 milyon 267 min manat çoxdur. 2023-cü ili bank 14 milyon 41 min manat xalis mənfəətlə başa vurmuşdu.

2024-cü ildə bankın faiz gəlirlərinin dəyəri 107 milyon 221 min manat təşkil edib ki, bu da illik müqayisədə 71,5% çoxdur. 2023-cü ildə bankın faiz gəlirlərinin dəyəri 62 milyon 517 min manat təşkil edib.  

Qeyri-faiz gəlirlərinin dəyəri 39 milyon 244 min manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 30,6% çoxdur. 2023-cü ildə "Azər-Türk Bank"ın qeyri-faiz gəlirlərinin dəyəri 30 milyon 46 min manat təşkil edib. 

Ötən hesabat ilində bankın faiz xərclərinin dəyəri 47 milyon 746 min manat olub ki, bu da illik müqayisədə 139,3% çoxdur. Bankın faiz xərclərinin dəyəri 2023-cü ildə 19 milyon 945 min manat təşkil edib.  

2024-cü ildə bankın aktivlərinin dəyəri 2 milyard 84 milyon 327 min manat təşkil edib ki, bu da illik müqayisədə 2 dəfə çoxdur. 2023-cü ildə bankın aktivlərinin dəyəri 995 milyon 536 min manat olub.  2024-cü ildə bankın öhdəliklərinin dəyəri 1 milyard 977 milyon 557 min manat olub ki, bu da 2023-cü illə müqayisədə 2,1 dəfə çoxdur. 2023-cü ildə bankın öhdəliklərinin həcmi 911 milyon 32 min manat çoxdur. 

Xatırladaq ki, "Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 75 %-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,4 %-i Türkiyənin "Zıraat Bank"ına, 1,1 %-i "Zıraat Bank İnternational"a, 6,5 %-i "AzRe Təkrarsığorta" ASC-yə, 5 %-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.

Nara

Seçilən
2
1
valyuta.az

2Mənbələr