AZ

Dortmund "Borussiya"sı Nuri Şahini yola salmağa hazırlaşır

Türkiyə əsilli Nuri Şahinin Baş məşqçisi olduğu Dortmund "Borussiya"sı Bundesliqada çətin günlər yaşayır. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, klub rəhbərliyi uğursuz oyun və nəticələrə görə son 6 matçda yalnız bir dəfə qalib gələn komandanın baş məşqçisini cəzalandırmaq istəyir.

"Bild" yazır ki, "Borussiya" klubunun idman direktoru Lars Rikken artıq Nuri Şahinin oyun üslubuna səbrlə yanaşmaq niyyətində deyil: ""Holstein Kiel"ə 4:2 hesablı məğlubiyyətdən sonra 36 yaşlı Nuri Şahinin "qələmi qırıldı". Artıq bir neçə məşqçi ilə danışıqlar aparılıb. Hətta oktyabr ayında "Mançester Yunayted"dən qovulan Erik ten Haq klubun bazasına qədər gələrək danışıq aparıb. Yəqion ki, qısa müddətə hər şey gün üzünə çıxacaq".

Fərid Aslan
MİA.AZ

Seçilən
1
mia.az

1Mənbələr