Gürcüstan baş nazirinin müavini, daxili işlər naziri Vaxtanq Qomelauriyə polis polkovnik-generalı rütbəsi verilib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı ölkə prezidenti Mixeil Kavelaşvili sərəncam imzalayıb.
Qeyd edək ki, V.Qomelauri 2019-cu ilin sentyabrından Gürcüstanın DİN başçısıdır. O, ötən ilin dekabrında baş nazirin müavini təyin olunub. Baş nazir İrakli Kobaxidze bu təyinata DİN rəhbərinə ABŞ, Böyük Britaniya, Ukrayna, Litva, Estoniya və Latviyanın sanksiyalar tətbiq etməsindən sonra qərar verib.
Müəllif: Cəmilə Babayeva