1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Expressbank" 2024-cü ilin 4-cü rübü üzrə nəticələrini açıqlayıb.
Oxu.Az xəbər verir ki, "Expressbank" öncəki illərdə olduğu kimi, 2024-cü ili də müsbət nəticələrlə başa vurub.
Belə ki, ötən il ərzində "Expressbank"ın aktivləri 60 milyon manata yaxın və ya 11% artaraq 560 milyon manatdan 2024-cü ilin sonuna 620 milyon manata yüksəlib. Bununla da "Expressbank" öz stabil inkişafını qorumağa davam edib.
İl ərzində bankın kredit portfeli 23%-ə yaxın artaraq 409 milyon manatdan 501 milyon manata yüksəlib.
Bankın depozit portfeli 32 milyon manat artaraq 230 milyondan 262 milyon manata qalxıb. Belə ki, təkcə fiziki şəxslər üzrə depozit portfeli əvvəlki ilin analoji dövrü ilə müqayisədə 33% artım göstərərək 152 milyondan 202 milyona yüksəlib.
Bankın aktivlərinin artımı mənfəət-zərər göstəricilərində də öz əksini tapır. Belə ki, Bankın xalis faiz gəliri 15%, qeyri-faiz gəlirləri 8%-dən çox artmışdı. Nəticədə Bankın əməliyyat mənfəəti 10% artaraq 20 milyon manat təşkil edir. Bank il ərzində mümkün zərərlər üzrə yaratdığı ehtiyat və vergi xərcləri çıxıldıqdan sonra 11 milyon 237 min manat mənfəət əldə edib.
Qeyd edək ki, beynəlxalq reytinq agentliyi "Fitch Ratings" 2024-cü ilin oktyabr ayında "Expressbank"ın reytinqini gözlənti stabil olmaqla "B+" səviyyəsinə yüksəldib.
"Expressbank" ASC 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.