AZ

Britaniya Ukraynaya sülhməramlı qoşun göndərməyi planlaşdırır

Bakı.Trend:

Birləşmiş Krallığın (Britaniya) hökuməti Ukrayna münaqişəsininnizamlanmasından sonra ölkəyə sülhməramlı qismində Britaniyaqoşunlarının yerləşdirilməsi ilə bağlı aktiv müzakirələrəbaşlayıb.

Trend “Bloomberg”əistinadən xəbər verir ki, britaniyalı baş nazir Kir Starmer buməsələni yaxın zamanda Ukrayna prezidenti Volodimir Zelenski iləmüzakirə etməyi planlaşdırır.

“Böyük Britaniya hökuməti bunu ictimailəşdirmək istəməsə də,sülhməramlı qüvvələrin səfərbər olunması ilə bağlı intensivmüzakirələr aparır”, - deyə məlumatda deyilir.

Nəşr onu da qeyd edir ki, Britaniya hərbi kontingentininUkraynaya göndərilməsi məsələsi bu yaxınlarda Kiyevdə baş tutacağıgözlənilən Starmer-Zelenski görüşündə də müzakirə obyektiolacaq.

Bundan əvvəl “The Telegraph” nəşri Fransa prezidenti EmmanuelMakronun da öz qoşunlarını sülhməramlı qismində Ukraynaya göndərməkniyyətində olduğunu yazmışdı.

Seçilən
2
az.trend.az

1Mənbələr