Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yeni Bədii Şura formalaşıb. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, 2023-cü ilin sonunda yaradılan Bədii Şura bir illik uğurlu fəaliyyətdən sonra öz işini başa vurub.
Kulis.az xəbər verir ki, teatrın yeni Bədii Şurasının tərkibi belədir:
1. İlham Əsgərov, Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi - sədr
2. Mehriban Ələkbərzadə, Akademik Milli Dram Teatrının bədii rəhbəri, Əməkdar incəsənət xadimi - sədr müavini
3. Cavid Zeynallı, Akademik Milli Dram Teatrının ədəbi dram hissəsinin rəhbəri - məsul katib
4. Böyükxanım Talıbova, Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin teatr sektorunun müdiri - üzv
5. Elçin Əfəndiyev, Xalq yazıçısı - Fəxri üzv
6. Kamal Abdulla, Xalq yazıçısı, akademik - Fəxri üzv
7.Ceyran Mahmudova, Mədəniyyət və İncəsənət Universitetinin rektoru, Əməkdar incəsənət xadimi, professor - Üzv
8. Elçin Cəfərov, teatrşünas, Sənətşünaslıq üzrə fəlsəfə doktoru - üzv
9. Hacı İsmayılov, Xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri - üzv
10. Rafiq Əzimov, Xalq artisti - üzv
11. Nurəddin Mehdixanlı, Xalq artisti - üzv
12. Bəsti Cəfərova, Xalq artisti - üzv
13. Firəngiz Mütəllimova, Xalq artisti - üzv
14. Sabir Məmmədov, Xalq artisti - üzv
15. Füzuli Hüseynov, Əməkdar artist - üzv