Kaloforniyada davam edən yanğınlar ölkəyə milyardlarla dollar ziyan vurub. Los-Ancelesdəki dəyəri milyonlarla dollar olan malikanələrin əksəriyyəti artıq yoxdur. Yanğınlar şəhərdəki rəsm qalareyalarını da külə döndərib.
KONKRET.az CNN-ə istinadən xəbər verir ki, kolleksiyaçı Ron Rivlinə məxsus Endi Uorhol, Keyt Harinq və Damien Hirst də daxil olmaqla məşhur rəssamların əsərlərini xilas etmək mümkün olmayıb. Məlumatda deyilir ki, kül olan 200-ə yaxın sənət əsərinin qiyməti milyonlarla dollardır. CNN qeyd edir ki, alov Los-Ancelesin Sakit Okean Palisades məhəlləsindəki evinə getdikcə yaxınlaşdıqca, Ron Rivlin canını güclə qurtarıb. O, yalnız özü ilə üç Endi Uorhol tablosunu götürə bilib.
Vəli Həsənoğlu,
KONKRET.az